» » "Gəzən ölü soruşsalar, məni göstərin” - Övladlarını itirən aparıcı

"Gəzən ölü soruşsalar, məni göstərin” - Övladlarını itirən aparıcı


Bir neçə gün öncə qızı Sevgini itirən ArRB televiziyasının aparıcısı Aynur Sevgi ilk dəfə kamera qarşısına keçib.
 
AZXEBER.COM xəbər verir ki, o, yaşadığı ağır günlərdən sonra yaşadıqlarını "Xəbərin var?" verilişinə danışıb.
 
"Mən artıq yaşamıram, ruh kimi gəzirəm. Gəzən ölü soruşsalar, məni göstərə bilərsiniz. Sevgi son bir ay idi çox yaxşı idi. Özüm də ona deyirdim ki, sən çox qəribə olmusan. Ondan qeyri adi bir qoxu gəlirdi. Ona dedim ki, Sevgi cənnəti görməmişəm amma səndən oranın ətri gəlir. Kaş o sözü deməzdim. Mənim təqvimimdə 8 rəqəmi yoxdur. Oğlum dekabrın 8-də rəhmətə getdi, Sevgi də mayın 8-də və hər ikisi axşam saat 23:00-da. Heç vaxt onunla xəstəxanada şəkil çəkdirməmişdim, son əməliyyata girəndə onu o qədər iylədim, qoxuladım ki, şəkil də çəkdirdik. Şəkili də paylaşdım ki, hamı bizə dua etsin. Amma əməliyyatdan 9 saat sonra ürəyi dayandı. Bu da balamla son şəklim oldu. yaxşı ki, yoldaşım var. Hər iki ağır günümdə məni o ayağa qaldırdı".