» » Hacı Nuran: "Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər"

Hacı Nuran: "Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər"


Aparıcı Hacı Nuran Hüseynov ötən il evlənəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.

AZXEBER.COM xəbər verir ki, o "Maqazin plus" verilişinə açıqlamasında hələ evlənməyəcəyini bildirib:

"Hara tələsirsiniz? Hələ vaxta var. Allah hər bir insanın öz vaxtını tənzimləyir. Nəyəsə tələssək də, hər kəsin öz vaxtı var. Mən artıq 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdim. İndi də müalicə alıram. Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər. Lakin indi illər keçib artıq. Yenə də həkimlərin nəzarətindəyəm. Bu səbəbdən də hər şeyin öz vaxtı var".