» » Dilarə Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək

Dilarə Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək


Avroviziya təmsilçimiz Dilarə Kazımova Heydər Əliyev Sarayında bəstəkar Xanım İsmayılqızının yaradıcılıq gecəsində iştirak edəcək.

"STAR XƏBƏR" xəbər verir ki, estrada ulduzu iyunun 4-də keçiriləcək "Ömrün Xanım fəsli" adlı gecədə  ilk dəfə X. İsmayılqızının bəstəsini ifa edəcək.

Qeyd edək ki, tədbirin rejissorluğunu Nail Naiboğlu edəcək. Konsertdə Xalq artistləri Faiq Ağayev, Röya Ayxan, Nazpəri Dostəliyeva, Əməkdar artistlər Fərqanə Qasımova, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Elnur Hüseynov və başqaları yer alacaqlar. Konsertin özəlliklərindən biri mərhum Xalq artisti İlhamə Quliyevanın repertuarında olan X.İsmayılqızı bəstələrini digər sənətçilər oxuyacaq.