» » "Onların ifasını yutubdan sildirdim"

"Onların ifasını yutubdan sildirdim"


Xalq artisti Faiq Ağayev bir çox sənətçinin ifasını yutubdan sildirdiyini etiraf edib.

"STAR XƏBƏR" xəbər verir ki, müğənni bu haqda "Xəbərin var?" verilişində deyib. O bildirib ki, buna səbəb onun mahnısının icazəsiz oxunması olub:

"Bir neçəsinin ifasını çox yerdən, eləcə də yutubdan sildirdim. Repertuarımdakı mahnılara icazəsiz müraciət etmişdilər. Qanuni haqlarımla, yəni buna haqqım çatır.

İllər əvvəl Əlibaba Məmmədovun yanına qardaşımı kasetlə göndərdim ki, ifa etdiyim “Dəşdi” mahnısına qulaq asıb icazə versin. O, icazə verdikdən sonra mən o mahnını oxumağa başladım. Polad Bülbüloğlunun “Gəl, ey səhər” mahnısını otağında dinlətdirdim, razılığını alıb ifa etdim. Bu yaxınlarda bir layihə ilə bağlı “Sən necə də gözəlsən” mahnısını oxumaq təklifi aldım. O nəğməni səsyazma studiyasında yazdırdım, amma radioya təhvil verməzdən əvvəl mahnının müəllifi İsmayıl Əsədova göndərdim və ondan da razılığını aldım.

“Pəncərə”, “Səni əvəz eləmir”, “Ömür bu mu?” adlı mahnılarımı ifaçılar restoranlarda oxuyurlar. Misal üçün, Lalə Məmmədova və bir neçəsi icazə aldı. Mən də onlara bu icazəni verdim. O birilər soruşsaydı, "yox" deyəcəkdim?". Oxuyursunuz, əcəb edirsiniz... Amma məşhurlaşmış mahnı ilə sən əgər gündəmə gəlirsənsə, sənin çiyninin üstündə mənim haqqım var".