» » Nigar Şabanova meyxanaçıları tənqid etdi

Nigar Şabanova meyxanaçıları tənqid etdi


Əməkdar artist Nigar Şabanova meyxanaçıları tənqid edib.

"STAR XƏBƏR" xəbər verir ki, müğənni bu haqda "Günaydın, Azərbaycan" proqramında danışıb. O bildirib ki, meyxanaçılar Azərbaycan musiqi sənətinə ziyan vururlar:

"Deyəcəyəm, yenə dilimin bəlasına düşəcəyəm. Kaş ki, meyxanaçılar öz sanbalında olan müğənnilərlə duet oxuyardılar və bu gün sənət bu səviyyəyə çıxmazdı. Sənəti bu hala salmaqlarının birbaşa səbəbi elə meyxanaçılardır.

Meyxanaçılar sənəti olan müğənnilərlə duet oxusaydılar... Söz və musiqi hər zaman bir olmalıdır. Amma bu, musiqini dərindən bilən, səsi və sənəti olan insanla edilsəydi, sənət bu cılız səviyyəyə gəlib çıxmazdı. Belə olan halda müğənni oturub arzulamazdı ki, bir meyxanaçı olsaydı, onunla duet oxuyub, toylara gedib pul qazanardım".