» » Bakıda ikiqat ÖLÜM: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü

Bakıda ikiqat ÖLÜM: 16-cı mərtəbədən özünü atan gənc komendantın üstünə düşdü


Bakıda dəhşətli intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, "Siyaqut" şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.