» » "Aşk-ı Memnu"dakı rolu ilə sevilən məşhur aktrisa vəfat etdi

"Aşk-ı Memnu"dakı rolu ilə sevilən məşhur aktrisa vəfat etdi


Türkiyənin məşhur "Aşk-ı Memnu" serialındakı "Şayeste" obrazı ilə sevilən Fatma Karanfil 72 yaşında vəfat edib. Aktrisa bir müddətdir xərçənglə mübarizə aparırdı.

Bu barədə "Yeşilçam"ın ustad aktrisasının meneceri Aslı İslamoğlu sosial media hesabından xəbər verib.

O, bildirib ki, bir çox uğurlu layihələrdə iştirak edən və mükafatlara layiq görülən Fatma Karanfil təkcə aktrisalığı ilə deyil, həm də zərifliyi, zəhmətkeşliyi, insanlığı ilə örnək alınan bir ad idi.

"Onun işığı heç vaxt sönməyəcək, qəlbimizdə, sənət aləmində həmişə parlayacaq", - deyə İslamoğlu vurğulayıb.

Qeyd edək ki, "Yeşilçam"ın onlarla filmlərində rol alan aktrisa "Çocuklar Duymasın", "Sırlar Dünyası / Sır Kapısı", "Büyük Buluşma", "Beşinci Boyut", "Gülpare", "Elveda Derken", "Çanakkale 1915", "Aşk Yeniden", "Çocuklar Duymasın", "Kimse Bilmez" və sair film və seriallardakı rolları ilə də sevilirdi.