» » 40 dərəcə temperaturla səhnəyə çıxdı

40 dərəcə temperaturla səhnəyə çıxdı


“Eurovision” təmsilçilərimizdə olan Dilarə Kazımova Heydər Əliyev Sarayında şairə-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsində səhnə alıb.

"STAR XƏBƏR" xəbər verir ki, sənətçi səhnəyə çıxaraq, ilk dəfə sözləri və musiqisi  İsmayılqızına məxsus olan "Ay" bəstəsini səsləndirib.

Qırmızılara bürünən Dilarənin coşqu dolu mahnısı və səmimi səhnə perfomansı konsertə gələn tamaşaçıları coşdurub.

Həmçinin, estrada ulduzu qeyd edib ki, konsert zamanı temperaturu 39 dərəcə olub və çıxışı bu səbəbdən təxirə salmaq istəməyib:

“Biz layihəni planlaşdıranda hər şey yaxşı idi. Lakin konsert başlayana yaxın xəstələndim, ağrım olmasa da, 39-40-a yaxın qızdırmam var idi. Buna baxmayaraq başa düşürdüm ki, komandanın, konsertin üzərində çalışanların əziyyəti böyükdür. İşləri təxirə salmaq olmazdı. Ona görə də əlimdən gələni etməliydim. Rəqslər və digər məqamlar öz yerindədir. 40 dərəcə qızdırma ilə bu mahnının ifa etdimsə, mən özümlə fəxr edirəm”, - deyə Kazımova qeyd edib.