» » Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq


İyunun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

"STAR XƏBƏR" xəbər verir ki, sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Ağdam, Bərdə, Mingəçevir, Yevlax, Şabran, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.