» » Efirdə aktrisa ilə qonaq arasında QALMAQAL - İşə polis qarışdı

Efirdə aktrisa ilə qonaq arasında QALMAQAL - İşə polis qarışdı


“Əməkdar artist Mehriban Xanlarovaya hücum edildi” başlığı altında yazılan xəbərlər yalandır. 

"STAR XƏBƏR" xəbər verir ki, bu sözləri aktrisanın köməkçisi deyib. O bildirib ki, Mehriban Xanlarova “Bizimləsən” verilişində ögey anası tərəfindən şiddətə məruz qalan uşağı müdafiə etdiyi üçün verilişdən sonra həmin qadınla aralarında mübahisə olub və bu məsələ barədə aktrisa hüquq-mühafizə orqanlarına müraciət edib. 

Köməkçi həmçinin qeyd edib ki, hər şey yaxşıdır. Aktrisanın bu barədə sözügedən verilişdə daha ətraflı məlumat verəcəyi bildirilib.