» » Müğənninin anası: “Ayseli yaxşı oğlanlar istəyir”

Müğənninin anası: “Ayseli yaxşı oğlanlar istəyir”


Müğənni Aysel Əlizadənin anası Səmayə xanım onunla bağlı açıqlama verib.

"STAR XƏBƏR" olay-a istinadla xəbər verir ki, sənətçinin valideyni “İncə səhər”ə müsahibə verərək ona ad günü arzularını çatdırıb:

“Aysel ikinci uşağımdır. Çılğın idi, nadincliyi var idi. Həmişə onu qorumağa çalışırdım. Həyətə düşəndə də mütləq yıxılmalı idi.

Böyük qızım hüququ bitirdi, Aysel dedi ki, müğənni olacam, konservatoriyaya girdi. İstəyirdim ki, onun da övladı olsun. Ən böyük arzum budur.

Onu sevən həmişə çox olub, indi də çoxdur. Sadəcə qərar verməkdə çətinlik çəkir. Əkizlər bürcdüdür, bu gün qərar verdiyi şeyi sabah dəyişir. Onu çox yaxşı oğlanlar istəyir. Allahdan bir arzum odur ki, qərara gəlsin, gözəl insan bəxtinə çıxsın.

Səni təbrik edirəm. Allahdan arzu edirəm ki, bu yaşın sənə uğur gətirsin, ananı sevindirəsən. Ən böyük arzum səni xoşbəxt görməkdir. Üzündən təbəssüm əskik olmasın, səni çox istəyirəm.

Deyərlər, övladıdır tərifləyir. Yox. Aysel hamı üçün can yandıran qızdır, ürəyi çox təmizdir. Ona sevgi dolu həyat arzu edirəm”.