» » İdmançılarımız “Naxçıvan-100” festivalında uğurla çıxış edib

İdmançılarımız “Naxçıvan-100” festivalında uğurla çıxış edib


Bakı İdman Sarayının təşkilatçılığı ilə adıçəkilən idman arenasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan-100” adlı İdman Döyüş Növləri Festivalı keçirilib. Üç gün davam edən yarışlarda müxtəlif döyüş idman növlərində (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kun-fu, “Savat”, Çin döyüş növləri və s.) 27 idman təşkilatından 2100 idmançı (uşaq, yeniyetmə və gənclər) öz qüvvəsini sınayıb.

"STAR XƏBƏR" xəbər verir ki, Sumqayıt şəhərindən 3 idmançı festivala qatılıb. 

Sumqayıt  idmançıları "stenka" hərbi döyüş növündə  uğurla çıxış edərək  2 qızıl  ( Abdullayev Əfqan 65 kq, Məsdiyev Siab 75 kq) və 1 gümüş ( Hacıyev Elşad 80 kq) medal qazanıblar.