» » Vahid Ələkbərov Rusiyanın ən varlı insanıdır - FORBES

Vahid Ələkbərov Rusiyanın ən varlı insanıdır - FORBES


"Forbes" 2023-cü ildə alınan dividendlər (hissələr) əsasında 50 ən zəngin rusiyalının ikinci illik reytinqini dərc edib.


Axşam.az xəbər verir ki, siyahıda ilk sırada "Lukoyl"un təsisçisi, eks-prezidenti, azərbaycanlı iş adamı Vahid Ələkbərov yer alıb. Onun gəliri 177,4 milyard rubl təşkil edib.


Reytinqdə ikinci sırada "Novatek" qaz şirkətinin səhmdarı Leonid Mixelson qərarlaşıb. Onun dividend gəliri 105 milyard rubl olub. Üçüncü yeri isə "Sibur Holdinq"in səhmdarı Qennadiy Timçenko tutub. Onun gəliri isə 84,6 milyard rubl olaraq dəyərləndirilib.


Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı dünya üzrə ən varlı rusiyalıların illik siyahısını da təqdim etmişdi. V.Ələkbərov 28,6 milyard dollar sərvəti ilə siyahıya liderlik etmişdi.