» » Bakıda 20 yaşlı qadın qətlə yetirildi, ailə üzvü...

Bakıda 20 yaşlı qadın qətlə yetirildi, ailə üzvü...


Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, saat 6:45-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə İsmixan qızı Qasımovanın boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı, 1997-ci il təvəllüdlü Təbriz İsmixan oğlu Qasımov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.