» » Şəhəri bir-birinə qatan "day-daylı" xanım sürücü CƏZALANDIRILDI

Şəhəri bir-birinə qatan "day-daylı" xanım sürücü CƏZALANDIRILDI


Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub.

Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və xanıma bir neçə saatlıq sürmək üçün verib.

Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir.

02 iyul, 20:12

Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə manevr qaydalarını pozub.

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib.

Xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.