» » “Kişi olsa da olar, olmasa da...” - Şəbnəm Tapdıq

“Kişi olsa da olar, olmasa da...” - Şəbnəm Tapdıq


"Tək deyiləm, nəvələrim var. Bacımın uşaqları... Hazırcavab biriyəm. Məni seçmirlər, mən seçirəm. Biz iki bacı, bir qardaşıq". 

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Şəbnəm Tapdıq "Həmin Zaur" proqramında deyib. Aparıcı Zaur Kamalın tənha olması ilə bağlı sualına müğənni əsəbiləşib: 

"İnsan var, ailə qurur, ikiəlli başına döyür: kaş bu övlad olmayaydı, bu arvadı almayaydım. Tənha deyiləm, qohumlarım, rəfiqələrim var. İstəyənim var, deyirəm ki, yox. Oturub sintezatorda ifa edirəm, aranjimanlar edirəm. Kim gəlib mənim mahnıları aranjiman edir? Evin pərdələri, yastıqlar öz əl işimdir. Xanım olasan və yemək bişirməyəsən? Elə insan var ki, ailə qursa da peşmandır. Gözəl qonşularım var, gözəl binada yaşayıram. Maşında problem çıxır, bəzən başımı qaşımağa vaxtım olmur. 

Sifarişlər gəlir, mahnılar olur. Ondan yaxşı gəlir də gəlir. Nişanlım var idi, yaxşı oğlan idi. Hər iki dəqiqədən bir zəng vururdu. Dedim ki, məni niyə əsəbiləşdirirsən? Sənə görə qeyrətimi saxlamamışam. Özümə görə, atama görə... Gərək məni danışdırmayasınız. Kişi olsa da, olmasa da olar. Kişi qadınsız qala bilməz. Amma mən özüm üçün həm kişi, həm qadınam".