» » Rəşad Dağlının uşaqlarının gizli xeyirxahı kimdir?

Rəşad Dağlının uşaqlarının gizli xeyirxahı kimdir?


Həbsdə olan meyxanaçı Rəşad Dağlının övladlarının təhsilhaqqı problemi həll olunub.

"STAR XƏBƏR" xəbər verir ki, bu barədə oğlu Yusif və qızı Bətül paylaşım ediblər.

Onlar bildiriblər ki, ötən il onların təhsilhaqqısını ödəyən şəxs bu il də eyni addımı atıb.

"Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. İstəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək".