» » Bu gün Hacı Şahinin doğum günüdür

Bu gün Hacı Şahinin Doğum Günüdür


Bu gün mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin doğum günüdür.

O, 1974-cü ildə iyulun 7-də Bakı şəhərində dünyaya göz açıb.

1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbində təhsil almağa başlayıb və 1991-ci ildə təhsilini başa vurub. 1995-1997-ci illərdə cəbhə ərazisində hərbi xidmətdə olub.

1991-1999-cu illərdə Azərbycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsində oxuyub.
2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. Ərəb, fars və rus dillərini öyrənib.

1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi.

2013-cü ildə "Məşədi Dadaş" məscidinə axund, 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, 2021-ci ildə isə QMİ Qazilər Şurasının üzvü təyin olunub.

Heç bir siyasi partiyaya üzv deyildi. Uzun illər idi ki, Həcc karvanına rəhbərlik edir və Həcc zəvvarlarına xidmət göstərirdi.

"Haradan başlamalı", "Yaradılışın hədəfi" və "Xoşbəxt ailə modeli" adlı kitabların müəllifidir.

Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ötən il martın 2-də dünyasını dəyişib.