» » “S.O.S” ölkə trendlərində liderdir

“S.O.S” ölkə trendlərində liderdir


Xalq artisti Aygün Kazımovanın bir neçə gün əvvəl işıq üzü görən "S.O.S" klipi izlənmə rekordu qırıb. 

 Ekran işi 3 gün içində yutubda yarım milyondan çox izlənmə sayı toplayıb. Eyni zamanda yutub platformasında ölkə üzrə trenddə birinci sıraya yüksəlib.   

"S.O.S" eyni zamanda "Apple music"də də yüklənmə sayına görə ölkə üzrə 1 birinci olub. Mahnı TikTok-da da trendə düşüb, bəstəyə minlərlə video çəkilib.  

Qeyd edək ki, sözləri Orxan Qarabasmaya, musiqisi Kazımcana aid olan bəstənin ekran həlli məşhur türkiyəli rejissor Selim Akara həvalə edilib. Pop kraliça ekran işində “Vogue” rəqs tərzinə müraciət edən ilk azərbaycanlı ulduzdur.