» » "Allah səbirlidir amma hər şeyin həddi var" - Puqaçova Kiyevə olan hücumu qınadı

"Allah səbirlidir amma hər şeyin həddi var" - Puqaçova Kiyevə olan hücumu qınadı


"Allah səbirlidir amma hər şeyin həddi var!"
 
AZXEBER.COM Rusiya mətbuatına əsasən xəbər verir ki, bu sözləri Rusiyanın Xalq artisti Alla Puqaçova Kiyev uşaq xəstəxanasının atəşə tutulmasından sonra yazıb.
 
Rusiyanın Kiyevə və Dnepropetrovsk vilayətinə iri raket hücumu nəticəsində 40-a yaxın adam ölüb, yüzlərlə insan yaralanıb.

 
Raket Kiyevdəki uşaq xəstəxanasına da düşüb.
 
Alla Puqaçova buna ilk reaksiya verən sənətçilərdən olub və bu hücumu qəti şəkildə pisləyib.