» » Paytaxtda iki qadın dalaşdı, bıçaqlananlar var

Paytaxtda iki qadın dalaşdı, bıçaqlananlar var


Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

"STAR XƏBƏR" APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.