Türkiyənin tanınmış aktrisası, Yeşilçamın ulduzu Türkan Şoray azərbaycanlı sənətçilərdən danışıb. Həmçinin onların kino gününü də ürəkdən təbrik edib. Aktrisa "onların hamısının yanaqlarından öpürəm, tezliklə Azərbaycana gəlmək istəyirəm" deyə sevgisini bu sözlərlə bildirib.
"STAR XƏBƏR" xəbər verir ki, o bu barədə jurnalist Əli Novruzəliyevlə söhbətində deyib.
“Sevgili qardaşlarımız azərbaycanlılara salam olsun. Dəyərli aparıcı Əli Novruzəliyev vasitəsilə Azərbaycanda kino günü olduğunu öyrəndim. Bütün azərbaycanlı kino sənətçilərini təbrik edirəm. Azərbaycanlıları çox sevirəm. Ən qısa zamanda Azərbaycana gəlməyi çox istəyirəm”,- o bildirib.