“Dürdanə xanım, Xocalı balam! Xocalı faciəsini çiynində daşıyan, 7 günə 70 il yaşlanan qızım. Axıtdığın göz yaşını şəffaf görmürdüm, al qan idi… Görən görürdü”.
"STAR XƏBƏR" xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova Xocalı şahidi Dürdanə Ağayeva haqqında yazıb.
O, mərhumla bağlı bu sözləri qeyd edib: Sayt yaratmaq
“Allah sənə rəhmət eləsin... Övlad nigaranlığı daima ana qəlbinin qübarıdır. Qızın Azərbaycana əmanətin olsun. Sevindirən odur ki, Xocalının qisasını gözlərinlə gördün, canından artıq olan torpağına qovuşdun, evinə-ocağına qovuşdun. Rahat yat, qızım”.