Türkiyəyə istirahətə gedən azərbaycanlı oteldə ölü tapılıb.
"STAR XƏBƏR" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Kuşadası bölgəsinə ailəsi ilə istirahətə gələn Mahir Məmmədov otel otağında ölü tapılıb.
Belə ki, ailəsi ilə səhər yeməyi yedikdən sonra dincəlmək üçün otağa qayıdan Məmmədovun cansız bədənini həyat yoldaşı Kamilə Məmmədova otel otağında aşkar edib.
Mərhumun hansı səbəbdən vəfat etməsi bilinmir. Faktla bağlı araşdırma aparılır.