İmişli rayonunun Məzrəli kəndində 17 yaşlı qızın 11 sentyabr tarixində toyu olacaq.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O, bildirib ki, məsələ ilə bağlı qızı İmişli Rayon İcra Hakimiyyəti əməkdaşları icraya aparmaq istəyib.
Lakin bəyin atası qızın anasının xəstə olduğunu iddia edərək bunu qadağan edib. Kəmalə Ağazadə qızın həyatının təhlükədə olduğunu vurğulayıb.
DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.