Xalq artisti Tünzalə Ağayeva “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.
"STAR XƏBƏR" xəbər verir ki, tədbir “Shokki Mokki” və “Vuzuzela Media”nın dəstəyi ilə gerçəkləşib.
“Məktəbim” layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar. vakansiya
Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbər söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb.
Qeyd edək ki, pop ulduzun sözügedən layihə çərçivəsində növbəti çıxışı sentyabrın 19-u Sumqayıt şəhərində baş tutacaq.