Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu (ETKİ) tərəfindən “ESC 2024 Yeni rəhbər tövsiyələr” mövzusunda dəyirmi masa keçirilib. Aparıcı mütəxəssislərin iştirakı ilə baş tutan tədbir ETKİ-nin direktoru, professor Gülnaz Dadaşovanın açılış nitqi ilə başlayıb. “ESC 2024 yeni rəhbər tövsiyələr nə deyir?” mövzusunda çıxış edən direktor qeyd edib ki, yeni rəhbər tövsiyələr ürək-damar xəstəliklərində riskləri azaltmaq və qayğı standartlarını yenidən müəyyən etmək üçün fərdiləşdirilən qayğı vasitəsilə xəstələrin səlahiyyətlərinin artırılmasına yönələn proqram üzərində tərtib olunub.
Tədbir prof. Tofiq Cahangirovun “ESC 2024 rəhbər tövsiyələrində Arterial hipertenziya” mövzusunda çıxışı ilə davam edib. Təqdimatın sonunda geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.