Aparıcı İlham Mirzəyev "Space TV"dən ayrılmağının səbəblərini açıqlayıb. O, telekanalla yollarının ayrılmasını belə izah edib:
“Artıq bizim dövrümüz keçib. Reytinqə görə özümüzü öldürə, meymunluq edə bilmərik. Doğrudur, yaxşı aparıcılarımız var, hamısına hörmət edirəm. Lakin hərənin öz dəsti-xətti var. vakansiyalar Mən istəyirəm ki, “Etiraf”, “Münəccim”, “Tale yolları” verilişi elə brend olaraq qalsın. Artıq yaşlaşmışam, üzüsulu getməyim daha yaxşıdır. Efirdən də görürəm ki, yaşlaşmışam.
Enerjim var, dediyim kimi, təkliflər gəlir. And içirəm, hələ heç bir kanalla bağlı fikrim yoxdur. Əslində fikrim, ümumiyyətlə, efirə çıxmamaqdır. Amma hələ dəyərləndirirəm. Hansı kanalın maaşı mənə sərf edəcəksə, ora da gedəcəyəm.
bilmirəm. 59 yaşım var, övladlarımın da elə vaxtıdır ki, onları yiyəsiz buraxa bilmərəm. "Space"dən ayrılmağımın başqa heç bir səbəbi, yaxud incikliyim yoxdur. Hazırda məzuniyyətdəyəm, adım oktyabrın 2-dək hələ də kanaldadır”.