Aralarındakı mahnı qalmaqalının pik həddə çatması ilə söz savaşı səngimək bilməyən Şəbnəm Tovuzlu və Vəfa Şərifova sosial media hesablarından bir-birilərinə söz atmağa davam edirlər.
AZXEBER.COM xəbər verir ki, qarşılıqlı sərt ittihamlarla çıxış edən sənətçilər özəl həyatları ilə gündəmə gəlirlər.
Şəbnəm Tovuzlunun hekayə bölməsində paylaşdığı yazı izləyənlərin diqqətindən qaçmayıb:
"Sən rahat ol ki, bu günə qədər mənim arxamda dayanan insan öz kişimdir. Daha dincəl, bu söhbətdə sənlik bir şey yoxdur. Bu qədər düşmənçiliyə səbəb nədir? Allahdan qorxmursan?" deyə o həmkarına iradını bildirib.