» » "Cavan qalmaq üçün minlərlə manat xərcləyirəm" - Niyam

"Cavan qalmaq üçün minlərlə manat xərcləyirəm" - Niyam


Müğənni Niyam Salami "Xəzər" TV-də "Qonaqcanlı" verilişinə qatılıb.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi ilərdir formada qalmasının yollarından danışıb.
 
Sənətçi, pəhriz etmədiyini, sağlam qidalandığını bildirib:
 
"Mən özümə baxmağa məcburam. Dostum Rəhim Rəhimli özünə baxmadı. Mənim də ailəm yox, uşağım yox, məcbur oluram özümə baxım. Artıq 35 yaşı keçəndən sonra məcbursan özünə baxasan. Mən efir adamıyam. Bütün kosmetaloji prosedurları edirəm, üzümə vitaminlər vurdururam. 8 il öncə saç əkdirmişəm. Bu günə qədər saçımı uşaq şampunu ilə yuyuram. Üzümə çox bahalı prosedurlar edirəm. Deyim ki, 2-3 aydan bir bunlar üçün 1000 manatdan çox pul xərcləyirəm. Səhər həyətimdəki mandarindən, qaragilədən yeyirəm, Astara düyüsü və nehrə yağı ilə qidalanıram. Nanəli və kəklikotulu çay içirəm. Mən özümə yaxşı baxıram. Nənəm də türkəçarə ilə məşqul olub. Ondan öyrənmişəm".
 
Müğənni heç zaman plastik əməliyyat etməyəcəyini bildirib:
 
"Heç vaxt əməliyyat etmərəm, çox qorxuram. Bir neçə dəfə avtoqəza keçirtdiyim üçün məcburiyyətdən bəzi əməliyyatlarım olub. Əgər müalicəmi düzgün etmişəmsə Ajda Pekkan kimi 77 il yaşayacağam. O da suyunu içir, idmanını edir. Mən də səhər 1 litr su içirəm".