» » Azərbaycanda aparıcının qızı bağçada xəsarət alaraq öldü

Azərbaycanda aparıcının qızı bağçada xəsarət alaraq öldü


AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Bildirilir ki, azyaşlı bağçada ehtiyatsızlıqdan yıxılıb və bu səbəbdən ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.