» » Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü

Sumqayıtda binadan yıxılan qız xəstəxanada öldü


Sumqayıtda çoxmərtəbəli binadan yıxılan qız xəstəxanada dünyasını dəyişib.

"Unikal"ın əldə etdiyi məlumata görə, 12 yaşlı Kiçikxanım Burcəliyeva müalicə olunduğu klinikada vəfat edib.

Xatırladaq ki, hadisə sentyabrın 28-də baş verib. K.Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılmışdı.