» » Dilan Polat və bacısı yenidən saxlanıldı

Dilan Polat və bacısı yenidən saxlanıldı


Çirkli pulların yuyulmasında təqsirli bilinərək mühakimə olunan Türkiyəli məşhur sosial media fenomeni Dilan Polat və bacısı Sıla Doğunun bir əyləncə məkanında çəkilmiş görüntüləri reaksiyalara səbəb olub.

"STAR XƏBƏR" xəbər verir ki, Dilan Polat və bacısı İstanbul Respublika Baş Prokurorluğunun başlatdığı “əxlaqsız hərəkət” istintaqı çərçivəsində saxlanılıb.

Xatırladaq ki, bir çox maddələrlə ittiham olunan sosial media fenomeni bu ilin avqustun 19-u azadlığa buraxılıb.