» » Vasif müğənniləri savadsız adlandırdı -


Əməkdar artist Vasif Məhərrəmli həmkarlarını savadsız adlandırıb.

Müğənni bu haqda "Səhər-səhər" verilişində danışıb. Məhərrəmli bildirib ki, insanlar da sənət adamlarına qeyri-ciddi yanaşırlar:

"Bizim sənət aləmində intellektual səviyyəsi, savadı olanların sayı azdır. Bərbatdır vəziyyət. İndi də insanlar onlara qulaq asırlar.

Savadsızlar çoxluq təşkil edir. Ona görə də bu gün kütlənin müğənnilərə qarşı etinasız yanaşması var. Deyirlər, bunlar savadsızlardır".