» » Ofeliya Sənani xəstəxanaya yerləşdirildi

Ofeliya Sənani xəstəxanaya yerləşdirildi


Xalq artisti Ofeliya Sənani xəstəxanaya yerləşdirilib. 

Ötən gecə teleaparıcının səhhəti pisləşib. Təcili yardım çağırılıb və o, xəstəxanaya aparılıb.

O.Sənaninin nəvəsi Axşam.az-a açıqlamasında nənəsinin hazırda xəstəxanada olduğunu, müalicə aldığını bildirib.

83 yaşlı aparıcının ağ ciyərində problem yaranıb.