» » Nüvitin bu dəfəki tərəf müqabili kimdir?


Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Nüvit Yıldız tezliklə yeni klip çəkdirəcək.

starxeber.az xəbər verir ki, sözləri və musiqsi Sezen Aksuya məxsus olan “Susma” mahnısını ekranlaşdıran ifaçı bu dəfə türkiyəli rejissor Erkan Nasla işbirliyi qurub. 

Müxtəlif məkanlarda klip çəkilişləri bir neçə gün davam edəcək. Pərəstişkarlarına hər zaman keyfiyyətli iş təqdim edən Nüvitin bu dəfəki tərəf müqabili dünya ulduzu Madonna ilə 3 illik eşq yaşayıb sonra ayrılan rəqqas və xoreoqraf Brahim Zaibat  olacaq. Brahim sırf klip çəkilişlərinə görə İstanbula təşrif buyurub.

Qeyd edək ki, layihənin rəhbəri  Tarkan, Hande Yener, Murat Boz, Fatih Ürek, Yıldız Tilbe kimi məşhurlarla çalışan Selim Akardır.