» » "S.O.S" ilin mahnısı seçildi

"S.O.S" ilin mahnısı seçildi


Xalq artisti Aygün Kazımovanın 2024-cü ildə təqdim etdiyi və hitə çevrilən "S.O.S" mahnısı mükafata layiq görülüb. 

"STAR XƏBƏR" xəbər verir ki, 104 FM “Space Radio” bununla bağlı sorğu keçirib. Sorğuda 10 mindən çox insan "S.O.S"a səs verib.

"Tarixin bir günü" verilişində 2024-cü ilin ən çox dinlənilən mahnısı siyahısı təqdim edilib. Onluğun lideri Pop kraliça Aygün Kazımova olub və mükafata layiq görülüb.