» » Rəşad Dağlının ailəsində ağır itki

Rəşad Dağlının ailəsində ağır itki


Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının ailəsində ağır itki üz verib. 

"STAR XƏBƏR" xəbər verir ki, onun nənəsi Güldanə xanım dünyasını dəyişib. 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.