» » İki uşaq anası qətlə yetirildi - Şübhəli əridir

İki uşaq anası qətlə yetirildi - Şübhəli əridir


Sumqayıtda qətl hadisəsi baş verib.


“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.


32 yaşlı Səbinə Babışova səhər saatlarında bıçaqla qətlə yetirilib. Hadisəyə görə əri Ağababa Babışov şübhəli bilinir.


Cütlüyün iki azyaşlı övladı var.


Faktla bağlı araşdırma aparılır.


***

Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.


Məlumatda deyilir ki, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.