» » Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ


Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da güclü külək əsəcək.

Bu barədə "STAR XƏBƏR"ə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək.

Küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu da sarı xəbərdarlığa uyğundur.