"STAR XƏBƏR" xəbər verir ki, müğənni məşhur "Atəşim var, külüm yox" mahnısını fərqli tərzdə səsləndirib. Mahnını Emin Kərimi aranjiman edib.
Ağayeva mahnı üçün klip də çəkdirib.
Yeni işindən danışan Ağayeva "Mahnıda səslənən rep hissəsi əsərə bir yenilik qatdı. Dostum, meyxanaçı Fariz Zeynalov möhtəşəm bir qəzəl yazdı. Çünki çox istəyirdim ki, bu mahnı məhz hip-hop janrında səslənsin. Burada da rep tələb olunduğu üçün düşündük ki, belə maraqlı alınar. Klipdəki obrazım eşqə düşən, eşq axtaran müasir dərviş obrazıdır" sözlərini söyləyib.