» » Burak Özçivitin tərəf-müqabili bəlli oldu -


Türkiyənin ATV kanalında yayımlanacaq "Diriliş Osman" filminin çəkilişləri davam edir.

starxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rol oyunçusu Burak Özçivitin tərəf-müqabili üçün seçimlər başa çatıb.

Ekran işində "Malhun Hatun" obrazını Özge Törenin canlandıracağı bəlli olub. Bu rol üçün əvvəllər adıçəkilən aktrisa düşünülsə də, onun kriteriyalara uymaması əsas gətirilmişdi.

Lakin serialın başlanmasına bir ay qalmış Törenin Özçivitin tərəf-müqabili olacağı dəqiqləşib.