» » Qurban Qurbanovun oğlu dubl etdi


Bu gün Azərbaycan birinci divizionunda 6-cı tura start verilib. 
İlk oyun günündə bir görüş keçirilib.
 
"Qarabağ-2” "Neftçi-2” ilə üz-üzə gəlib. Ağdam klubunun əvəzediciləri böyükhesablı qələbə qazanıb - 3:0. Əsas komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı görüşdə dubl edib.

Birinci Divizion
 
6-cı tur
1 oktyabr
 
"Qarabağ-2" – "Neftçi-2" - 3:0
Qollar: Musa Qurbanlı, 50, 76. Zaur Fərzəliyev, 62.
 
qafqazinfo