"Мисс Москва 2015" Oksana Voevodina keçmiş Malayziya kralı Sultan V. Məhəmmədlə ayrıldıqdan sonra ağır günlər keçirib.
Model hətta nişan üzüyünü satmaq məcburiyyətində qalıb. Keçmiş kral Oksananı 4 aylıq hamilə olan zaman atıb. Hazırda o, oğlunu tək böyüdür.
Model bildirib ki, keçmiş əri dekabrda ayrıldıqları gündən indiyənə qədər onunla danışmayıb.
"Xəstəxana xərclərini ödəmək üçün üzüyümü satmaq məcburiyyətində qaldım. Neçəyə satdığımı deməyəcəm, amma bildirim ki, alınan qiymətdən üç dəfə ucuz oldu. Bütün pulu İsveçdə xəstəxanaya xərclədim" deyə, qız söyləyib.