» » Aparıcı Azər Axşamdan şok açıqlama:


Xəbər verdiyimiz kimi, aparıcı Azər Axşamın həyat yoldaşının Milli  qəhraman Mübariz İbrahimovu təhqir etdiyi iddia olunub. 


Məsələ ilə bağlı aparıcı Azər Axşam  SHOWXEBER.AZ-a açıqlama verib. Bildirib ki, həmin profil onun həyat yoldaşına aid deyil:



"Yalandan mənim həyat yoldaşımın  adından səhifə açaraq bu cür təhqiredici və xoşagəlməyən paylaşımlar edirlər. Həmin səhifə mənim həyat yoldaşımın deyil. Yalandan onun fotosunu yerləşdiriblər. Bundan öncə də 83 yaşlı anamın adına yalandan səhifə açmışdılar. Anamın adından Nadir Qafarzadəni, falçı Bayram Nurlunu söyürdülər. Bunu hanısa anası göyçək, hansısa mundar açıb. İnsanlar necə ola bilər ki, buna inanır? Nə qədər insan düşüncəsiz ola bilər ki, belə sözlər yazsın? Hüquq-mühafizə orqanlarına müraciət etdim.

Bir müsbət cavab olmadı. Mənə dedilər ki, yalançı profildi açıb, bir müddət sonra bağlayırlar. Biz həmin adamın izinə düşə bilmirik. Bu çirkin əməli də həmin adam internet klublarda edirlər".