» » Suriyada erməni batalyonu Türkiyə ilə savaşa getdi


Terrorçu Ozanyan adını daşıyan batalyon Ras əl-Ayn şəhərinə yollanıb

PKK terrorçularının qurduğu və terrorçu Nubar Ozanyan adını daşıyan Suriya-Erməni Könüllüləri Batalyonu Türkiyə Ordusuna qarşı mübarizəyə qoşulub. Terrorçulardan ibarət dəstə Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. 

Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edir və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırırlar.


Xatırladaq ki, 2017-ci ildə zərərsizləşdirilən erməni terrorçu Nubar Ozanyanın adını daşıyan birləşmə PKK tərəfindən ilin əvəllərində təşkil edilib. Bu "batalayonda "əkəsriyyəti erməni əsilli olan terrorçular yer alıb. 

Əsas məqsədlərinin "türkiyəyə qarşı savaşmaq" olduğunu iddia edən taborda 90-a yarxın terrorçu var.