» » Zülfiyyə Xanbabayeva susqunluğunu necə pozdu?.. -


Xalq artisti Zülfiyyə Xanbabayeva uzun fasilədən sonra sükutu pozaraq, yeni klipini tamaşaçıların ixtiyarına buraxıb.

starxeber.az xəbər verir ki, hər zaman keyfiyyətli işlər görən Xanbabayeva daha bir romantik bəstəyə ekran həyatı verib.

Sözləri Leyli Erola, musiqisi Hakan Erola məxsus “Sevən tərəfdə mən” adlı bəstəyə çəkilmiş klip Zülfiyyə Xanbabayevanın rəsmi Youtube hesabında təqdim olunub.

Qlamur tərzdə kameralar önünə keçən Xalq artistinin klipinin rejissorluğunu Fuad Əlişov edib. Məşhurun imici üzərində stilist Elnur Həsənov çalışıb.