» » Sevdanın prodüseri Xoşqədəm haqqında:"Hamı reytinq xatirinə nələr etdiyini bilir"


Müğənni Sevda Yahyayevanın atalığının "Səni axtarıram" verilişinə çıxıb sənətçi haqda şok açıqlamalar verməsi müzakirələrə səbəb olub.

starxeber.az bildirir ki, bu haqda yerli mətbuata açıqlama verən müğənninin illərlə yanında çalışan prodüseri Pərviz Əsgərov həmin kişinin açıqlamalarını yalanlayıb:

"Sevdanın atası hələ Sevda kiçik yaşlarında olan da vəfat edib..Mən heç vaxt bu kişini Sevdagildə görməmişəm..Ola bilər atalığı olsun amma mən illərdi Sevdanın anasının Sevdayla birlikdə qaldığını bilirəm.O ki qaldı Sevda anasını özünə qulluqçu kimi gətirməyinə- O kişinin yaşına görə danışığı deyil.Sevdanı tanıyanlar çox yaxşı bilirki Anasını necə sevir necə dəyər verir..

Sevdayla hər gün danışan ünsiyətdə olan kimi əminliklə deyə bilərəm ki Sevda özünü yalnız ailə və ailə üzvlərinə həsr edən biridir.Mən və həyat yoldaşım dəfələrlə Sevdaya Amerikaya gəlməyi təklif etsəkdə o anasını müalicə etdirdiyinə gələ bilmədiyini deyib..Əgər Sevda Anasını qulluqçu kimi evdə saxlasaydı düşünmədən gələrdi".

Prodüser telejurnalist Xoşqədəm Hidayətqızını da qınayıb: "Xoşqədəm Hidayət qızına isə sözüm odur ki, sən əgər jurnalistsənsə, ilk növbədə Sevda Yahyayevadan zəng edib öyrənə marağlana bilərdin..Reyting xatirinə bir kişini çıxartmısan ki bu Sevdanın atasıdır.Guya sən bilmirdin ki Sevdanın atası rəhmətə gedib? Hamı artıq sənin reytinq xatirinə nələr etdiyinin fərqindədir". Qeyd edək ki, verilişdə olunan açıqlamalara görə, müğənni anasını evində qulluqçu kimi saxlayır.