» » Noyabrda 3 gün ardıcıl iş yoxdur


Bayraq günü şənbəyə təsadüf edir

Noyabrda Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq. Ölkədə 9 noyabr tarixində Dövlət Bayrağı günü qeyd ediləcək. Bu gün qeyri-iş günü hesab edilir.

Lakin bu il bayram şənbə gününə təsadüf edir. Bunun üçün də növbəti həftənin ilk iş günü - 11 noyavrda qeyri-iş günü hesab ediləcək. 

Nəticədə 9-10-11 noyabr tarixlərində 3 gün ardıcıl istirahət günü olacaq.