» » İnstaqram Afaqı “rəsmən” tanıdı


Azərbaycanda bir çox müğənnilər İnstaqram hesablarını təsdiqlətsələr də, bu, aparıcılardan heç birində yox idi.

starxeber.az xəbər verir ki, bu mövzuda məşhur teleaparıcı Afaq Gəncəli bir ilkə imza atıb.

Belə ki, İnstaqram rəhbərliyi Gəncəlini rəsmən tanıyıb. Aparıcı bu barədə özü yazıb:

“Nəhayət! Təşəkkürlər...İnstagram artıq mənidə tanıdı. Əsas tə.əkkür isə izləyicilərimə düşür, verdiyiniz dəyərə və sevginizə görə təşəkkürlər. Bu arada, 1 milyon olmağımıza  az qaldı”.

Qeyd edək ki, bu günə qədər Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva,  Röya Ayxan, Tünzalə Ağayeva kimi məşhurlar instaqram tərəfindən təsdiqlənib.